
Belarus Prezidenti Aleksandr Lukaşenko regionlardan insanların Minskə və regional paytaxtlara axınına son qoyulması üçün tədbirlər görülməsini zəruri hesab edib.
Newscenter.az BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus lideri "Bir Rayon - Bir Layihə" təşəbbüsü çərçivəsində investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı iclasda bildirib.
"Biz əhalinin regionlardan Minskə və regional mərkəzlərə axınının qarşısını almalıyıq. Bunu birdəfəlik dayandırın", - deyə Lukaşenko vurğulayıb.
Lukaşenko Minskdə mənzil tikintisi tempini "çılğın" adlandıraraq qeyd edib ki, ölkənin 118 rayonunun bir çoxunda, xüsusən də kənd yerlərindən əhali axını müşahidə olunur:
"Sorğular göstərir ki, regionlarda yaşayan sakinlər üçün bir nömrəli məsələ layiqli əmək haqqı olan iş yerlərinin mövcudluğudur. Daha sonra qiymətlər, istirahət, mənzil və kommunal xidmətlər və sair məsələlər gəlir".
Lukaşenko bildirib ki, məhz buna görə də son beş illik planda "Bir Rayon - Bir Layihə" təşəbbüsü təqdim edilib və bu təşəbbüslərin layiqli əmək haqqı ilə layiqli iş yerləri yaradacağı gözlənilir.
Anar










































