
Çin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilində təhlükəsizliyi gücləndirmək üçün beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq bildirib.
O jurnlaistlər üçün keçirdiyi brifinqdə qeyd edib ki, Çin silahlı qüvvələri mövcud ŞƏT mexanizmlərinin effektivliyini artırmaq, əməkdaşlıq üçün möhkəm təməl yaratmaq məqsədilə kadr hazırlığını gücləndirmək istəyir:
"Pekin təşkilat daxilində təhlükəsizliyi gücləndirmək üçün konkret tədbirlər görmək istiqamətində bütün tərəflərlə əməkdaşlığa hazırdır".
Nazir yaxın vaxtlarda sözügedən məsələ ilə bağlı təşkilatın üzv dövlətləri ilə danışıqlar aparılacağını da istisna etməyib.
Mehman










































