Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quterreş: Hörmüz boğazı açılmasa, 45 milyon insan aclıqla üzləşəcək

Quterreş: Hörmüz boğazı açılmasa, 45 milyon insan aclıqla üzləşəcək



Hörmüz boğazında gəmiçilik azadlığının bərpası ilin ortalarına qədər təxirə salınarsa, bu, 45 milyon insanın aclıqla üzləşməsinə, 32 milyon insanın isə yoxsulluğa sürüklənməsinə səbəb olacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Jurnalistlərlə söhbətində BMT baş katibiqeyd edib ki, ən yaxşı ssenaridə, yəni boğazda naviqasiya azadlığının bu gün bərpa olunduğu halda, təchizat zəncirlərinin bərpası aylar çəkəcək:

"İndi ikinci ssenarini nəzərdən keçirin, burada fasilələr ilin ortalarına qədər davam edəcək. 32 milyon insan yoxsulluğa qərq olub, gübrə ehtiyatları tükənib və məhsuldarlıq zəifdir. 45 milyon insan həddindən artıq aclıqla üzləşəcək".

Mehman
Xəbəri paylaş