Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Girdimançayda selə düşən 3 nəfər xilas edilib

Girdimançayda selə düşən 3 nəfər xilas edilib


Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər - Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan şəxslər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.

Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.
Xəbəri paylaş