
26 may 2026-cı il tarixində Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdə olan Mediasiya Şurasının üzvləri Tural Məmmədov və Xəlil Süleymanlı Şanxay Kommersiya Mediasiyası Mərkəzində keçirilən görüşdə iştirak ediblər.
Newscenter.az xəbər verir ki, görüş Şanxay Kommersiya Mediasiyası Mərkəzinin dəvəti, həmçinin mediatorlarımızın iştirak etdikləri “Kəmər və Yol” Təşəbbüsü çərçivəsində təşkil olunan Beynəlxalq Logistika və Multimodal Nəqliyyat üzrə seminarın təşkilatçılarının dəstəyi ilə baş tutub.
Görüş zamanı Şanxay Kommersiya Mediasiyası Mərkəzinin xarici münasibətlər üzrə direktoru xanım Jiani Zhouya Azərbaycanda mediasiya institutunun formalaşması və inkişaf tarixi, mediasiya proseslərinin təşkili mexanizmləri, eləcə də bu sahəni tənzimləyən qanunvericilik barədə ətraflı məlumat təqdim olunub.
Eyni zamanda, Çin Xalq Respublikasında kommersiya mediasiyasının inkişaf istiqamətləri, tətbiq olunan praktiki mexanizmlər və mövcud təcrübə barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkədə mediasiya sahəsində tətbiq edilən qaydalar, peşəkar yanaşmalar və institusional xüsusiyyətlər ətrafında müzakirələr həyata keçiriblər.
Görüşün sonunda Azərbaycan mediatorlarının zərurət yarandığı hallarda Çin Xalq Respublikası mediatorları ilə MDB ölkələri və Türkiyə Respublikasının mediatorları arasında əməkdaşlıq və kommunikasiya körpüsü rolunu oynaya biləcəkləri vurğulanıb, bu istiqamətdə mümkün əməkdaşlığa açıq olunduğu diqqətə çatdırılıb.
Süleyman












































