
“28 May – Müstəqillik Günü” Azərbaycan xalqının əsrlər boyu azadlıq, istiqlal və milli dövlətçilik uğrunda apardığı şərəfli mübarizənin parlaq təcəssümüdür".
Newscenter.az-ın xəbərinə görə. bunu deyən "Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov deyib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirmişdir:
"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlətçilik siyasəti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını, müstəqil xarici siyasəti və sosial-iqtisadi tərəqqini təmin etmişdir".
İlham İsmayılov, "Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi xalqımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər bir ailəyə firavanlıq, əmin-amanlıq, birlik və tərəqqi arzulayır.
Müstəqil Azərbaycan daim güclənsin, dövlətçiliyimiz əbədi və sarsılmaz olsun!
Türk dünyasının həmrəyliyi və birliyi daha da möhkəmlənsin!",-deyə vurğulayıb.
Süleyman











































