
Benilüks Azərbaycanlıları Konqresinin (Benelux Azerbaijanis Congress) sədri Elsəvər Məmmədovun dəstəyi, "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı Müqəddəs Qurban Bayramı münasibətilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində 30 dan artıq qaçqın və məcburi köçkün ailələrinə qurban payları təqdim edilib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə "Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov məlumat verib. O bildirb ki, bayramın paylaşmaq, birlik və mərhəmət ruhunu yaşatmaq məqsədilə həmin ailələrlə görüşərək onlara Qurban paylarını çatdıraraq səmimi söhbətlər edilib, onların bayram sevincinə bir az da rəng qatılıb.

"İnanırıq ki, belə müqəddəs günlər insanları bir-birinə daha da yaxınlaşdırır, yardımlaşma və həmrəylik hisslərini gücləndirir. Cəmiyyətimizin ayrılmaz bir hissəsi olan qaçqın və köçkün ailələrinə göstərilən diqqət və qayğı hər zaman önəm daşıyır. Biz də bu bayramda onların yanında olaraq həm mənəvi dəstəyimizi göstərməyə, həm də bayram sevincini birlikdə paylaşmağa çalışdıq",-deyə Məcid Məmmədov vurğulayıb.
Süleyman









































