
Qazaxıstanda kütləvi zəhərlənmə olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Aktobe bölgəsinin Kandyaqaş şəhərindəki "Tumar" restoranına gələn qonaqlar qidadan zəhərləniblər. Bu barədə regional səhiyyə idarəsi məlumat verib. Nəticədə 102 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
"Onların arasında 34 xəstə salmonellyoz ehtimalı ilə qeydiyyata alınıb. Hadisə ilə əlaqədar Aktobe bölgəsinin Sanitariya və Epidemioloji Nəzarət Departamentinə təcili bildirişlər göndərilib və bakterioloji müayinə üçün nümunələr götürülüb", - deyə regional səhiyyə idarəsinin açıqlamasında qeyd edilir.
Həkimlər xəstələrin vəziyyətinin orta ağır olduğunu bildirirlər.
Aygün












































