Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Türk Dünyası" informasiya portalı yaradılacaq

"Türk Dünyası" informasiya portalı yaradılacaq


Özbəkistan Milli Xəbər Agentliyində "Türk Dünyası" Jurnalistlər Federasiyası (TDGF) və ÖzA rəhbərləri arasında görüş keçirilib.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, iki ölkənin aparıcı informasiya strukturlarının rəhbərləri arasında söhbət zamanı Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsi səylərinin davam etdiyi qeyd edilib.

Özbək və türk xalqları arasında qarşılıqlı münasibətlər, xüsusən də mədəniyyət, incəsənət və informasiya mübadiləsi sahələrində sürətlə inkişaf edir və hər iki ölkədə həyata keçirilən islahatlar barədə müntəzəm məlumat mübadiləsinin vacibliyi vurğulanıb.

"Türk Dünyası" Jurnalistlər Federasiyasının sədri Menderes Demir Özbəkistan Ajansı ilə müntəzəm əlaqə qurmaqda maraqlı olduğunu bildirib.

Söhbət zamanı bildirilib ki, türk ölkələri arasında informasiya mübadiləsini daha da gücləndirmək və məlumatların sürətli və etibarlı şəkildə yayılması üçün "Türk Dünyası" informasiya portalının istifadəyə verilməsi üzərində işlər görülür.


Süleyman
Xəbəri paylaş