Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vens: İran nümayəndə heyəti ABŞ ilə danışıqları tərk etməyib

Vens: İran nümayəndə heyəti ABŞ ilə danışıqları tərk etməyib


İran nümayəndə heyəti, təhdidlərə baxmayaraq, İsveçrədə ABŞ ilə danışıqlar aparılan yerdən müzakirələr bitənə qədər ayrılmayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens deyib.

"Xeyr, onlar heç bir planı pozmadılar. Bəli, onları ayrılmaqla hədələdilər, ya da heç olmasa sosial mediada ayrılacaqları ilə bağlı təhdidlər var idi. Lakin dünən danışıqlar saat 1:00-a qədər davam etdi. Ona görə də onlar ayrılmayıblar və onların texniki komandası hələ də ordadırlar. Hazırda texniki komandamızla işləyir", - deyə o, mətbuat konfransında bildirib.

Qeyd edək ki. iyunun 21-də İran mediası nümayəndə heyətinin ABŞ prezidentinin İslam Respublikasına qarşı əlavə zərbələr endirməklə bağlı təhdidlərinə etiraz olaraq Amerika tərəfinin danışıqlar apardığı məkanı tərk etdiyini bildirib.

Arzu
Xəbəri paylaş