Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlığa və etimada əsaslanan strateji tərəfdaşlıq

Qardaşlığa və etimada əsaslanan strateji tərəfdaşlıq


"Azərbaycan ilə Türkmənistan qədim tarixi kökə, mədəniyyətə və ənənələrə malik qardaş ölkələrdir. Xalqlarımızı dil və din eyniliyi birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət və dil oxşarlığı baxımından Azərbaycan xalqına ən yaxın olan xalq məhz türkmənlər hesab olunur".

Newscenter.az-ın xəbərinə görə, bunları deyən siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin sözlərinə görə, hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika kimi geniş iqtisadi və mədəni əlaqələrə malik olmuş, qarşılıqlı birgə proqramlar həyata keçirmişlər:

"Xəzər dənizinin Türkmənistana aid hissəsində neft və qaz yataqlarının geoloji kəşfiyyatı, yataqların tapılmasında azərbaycanlı mütəxəssislərin böyük əməyi vardır. Müstəqilliyin ilk illərində hər iki respublikanın keçmiş rəhbərliyinin səriştəsizliyi isti əlaqələrin ruhuna ciddi zərər vursa da, 2007-ci ildə Türkmənistanda yeni prezidentinin seçilməsindən sonra rəsmi Aşqabadın xarici siyasət kursunda əsaslı dəyişikliklər baş verdi, iki ölkə arasında münasibətlər ənənəvi qardaşlığın ruhuna uyğun şəkildə inkişaf etməyə başladı".

Vaqif Abdullayev qeyd edib ki, 2008-ci ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdməhəmmədovun Azərbaycan rəsmi səfəri strateji münasibətlərə təkan verən mühüm siyasi hadisə kimi yadda qaldı:

"2008-ci ilin noyabrında Azərbaycan Prezidentinin Türkmənistana səfəri isə isti təmasların daha da hərarətləndiyini nümayiş etdirdi. Hər iki ölkənin dövlət başçısının sonrakı illərdə davamlı xarakter alan qarşılıqlı səfərləri münasibətləri ən yüksək səviyyəyə çatdırıb".

Professor onu da deyib ki, Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub:

"Son 15 ildə Azərbaycan və Türkmənistan arasında əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq mərhələsinə daxil olub.

Cənab Qurbanqulu Berdiməhəmmədovun möhkən zəmin yaratdığı Azərbaycan-Türkmənistan münasibətləri yeni Prezident Sərdar Berdiməhəmmədovun dövründə də fəal etimad sütunlarlına əsasən inkişaf etməkdədir.

Sərdar Berdiməhəmmədovun iyunun 22-də ölkəmizə səfəri, imzalanan sazişlər Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni hədəflərini, qarşıdakı illərin yol xəritəsini müəyyən etməklə qarşılıqlı dostluğu və strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək".

Süleyman
Xəbəri paylaş