
24 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində "Azturk Holding" MMC ilə "NeoOrdo" layihəsi üzrə rəsmi işgüzar görüş keçirildi.
Newscenter.az xəbər verir ki, görüş, İqtisadiyyat Nazirliyinin 19 iyun 2026-cı il tarixli rəsmi dəvət məktubu əsasında təşkil olunmuş və layihə ilə bağlı müxtəlif istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı Azturk Holding tərəfindən təqdim olunan NeoOrdo layihəsinin konsepsiyası, strateji məqsədləri, iqtisadi əhəmiyyəti və Azərbaycanın gələcək inkişafına verə biləcəyi töhfələr ətraflı şəkildə təqdim edilmişdir.
NeoOrdo layihəsinin yalnız memarlıq və tikinti təşəbbüsü deyil, eyni zamanda gələcəyin iqtisadiyyatını, texnologiyalarını və innovativ şəhər idarəetmə modelini özündə birləşdirən kompleks inkişaf konsepsiyası olduğu diqqətə çatdırılmışdır.
Təqdimat zamanı aşağıdakı istiqamətlər barədə geniş məlumat verilmişdir:
70 süni ada üzərində qurulacaq futuristik şəhər konsepsiyası;
1039 metr hündürlüyündə inşa edilməsi planlaşdırılan Azerbaijan Tower;
Minlərlə yaşayış binası, villalar və beynəlxalq standartlara uyğun hotellər;
Formula 1 yarış trası, beynəlxalq səviyyəli stadion, opera və balet teatrı, muzeylər və əyləncə mərkəzləri;
Süni intellekt, rəqəmsal idarəetmə və "Smart City" texnologiyalarının tətbiqi;
NeoOrdo Genesis Coin (NGC) rəqəmsal iqtisadiyyat ekosistemi;
Turizm, təhsil, maliyyə, innovasiya və beynəlxalq investisiyalar üçün yaradılacaq imkanlar;
Minlərlə yeni iş yerinin açılması və qeyri-neft sektorunun inkişafına verəcəyi töhfələr.
Görüş çərçivəsində layihə ilə bağlı bir sıra hüquqi, iqtisadi və təşkilati məsələlər də müzakirə olunmuş, aidiyyəti istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılmış və bəzi vacib məsələlərə aydınlıq gətirilmişdir.
Azturk Holding rəhbərliyi görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini bildirərək, dövlət qurumları ilə əməkdaşlığın ölkənin sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
NeoOrdo layihəsinin məqsədi Azərbaycanın innovasiya, texnologiya, investisiya və beynəlxalq biznes sahəsində mövqeyini daha da gücləndirmək, ölkəmizi regionun ən müasir iqtisadi və texnoloji mərkəzlərindən birinə çevirməkdir.
Azturk Holding bundan sonra da layihənin inkişafı istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcək, NeoOrdo layihəsinin həyata keçirilməsi üçün zəruri addımların atılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Süleyman












































