Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni əməkdaşlıq və iqtisadi inkişaf platforması

Yeni əməkdaşlıq və iqtisadi inkişaf platforması



22 iyun 2026-cı il tarixində ölkəmizə dövlət səfəri edən Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış etmişdir.
Görüş çərçivəsində mətbuata bəyanatla çıxış edən dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, qardaş xalqları bir-birinə bağlayan bu möhkəm təməl bu gün də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.
Həmçinin bəyanatda oda qeyd olunmuşdur ki, son illər humanitar və mədəni sahədə əməkdaşlıq daha da genişlənmiş, qarşılıqlı mədəniyyət günləri, incəsənət kollektivlərinin çıxışları və müxtəlif tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşməsinə töhfə vermişdir. Aşqabad və Arkadağ şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri, eləcə də Bakıda və Gəncədə təşkil olunan Türkmənistan Mədəniyyəti Günləri bu əməkdaşlığın uğurlu nümunələri kimi dəyərləndirilmişdir.
Göründüyü kimi, qədim tarixə söykənən Azərbaycan-Türkmənistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Ölkələrimiz arasındakı qarşılıqlı səfərlər , münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etməsinə və əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş