Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib

Zimbabve Milli Assambleyasının spikeri ölkəmizə rəsmi səfərə gəlib


Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

Newscenter.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Süleyman
Xəbəri paylaş