
"Hər yaxşı müəllimdən yaxşı direktor olmur" demək asandır. Bəs sual olunur: Hər yaxşı direktor müəllimin əməyini qiymətləndirə bilirmi? Yaxşı direktor olmaq təkcə idarəçilik deyil. Ədalət, vicdan, qanuna hörmət, müəllimə dəyər vermək və kollektivdə sağlam mühit yaratmaqdır".
Newscenter.az xəbər verir ki, bunları Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, əgər direktor müəllimi susdurur, qərəz göstərir, hüquqlarını pozur, peşəkar inkişafına mane olur və yalnız göstəriş icraçısına çevrilirsə, o zaman onun direktor adını daşıması nə dərəcədə doğrudur?
"Təhsildə əsas məsələ vəzifə deyil, insan amilidir. Müəllimi dəyərsizləşdirən idarəçilik heç vaxt güclü təhsil sistemi qura bilməz. Bəlkə artıq sualı belə qoymağın vaxtıdır: Hər direktor direktor olmağa layiqdirmi?".
Süleyman











































