Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dil öyrənmək şou deyil, sistemli və peşəkar bir əməkdir

Dil öyrənmək şou deyil, sistemli və peşəkar bir əməkdir


Bəzən düşünürəm: Biz nəyi axtarırıq? Parıltılı reklamları, yoxsa real nəticəni? Qiyməti baha olanda uzaq durduğumuz, ucuz olanda isə şübhə ilə yanaşdığımız təhsil əslində bizim gələcəyimizdir. Amma bu tərəddüdlərin arasında ən dəyərli şeyimizi zamanı itiririk.

​İngilis dili artıq bir üstünlük deyil, indiki təhsil sistemində və müasir dünyada sağ qalmaq, mövcud olmaq mübarizəsidir. Məktəbdə fərqlənmək, universitetdə hamıdan bir addım öndə olmaq, qlobal dünyada söz sahibi olmaq istəyən hər bir gənc bu dili mükəmməl bilməlidir.

​Bir pedaqoq kimi demək istəyirəm: Reklamların arxasınca qaçmağı buraxın. Dil öyrənmək şou deyil, sistemli və peşəkar bir əməkdir. Gəlin reallıqla üzləşək: Bu gün ingilis dilinə vaxt və büdcə ayırmayanlar, sabah övladlarının həm universitetdə, həm də iş həyatında arxa planda qalmasını indidən qəbul edirlər. Seçiminizi vizuallığa görə yox, keyfiyyətə və təcrübəyə görə edin.

Kəmalə Bayramova
Xəbəri paylaş