Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azay Möhnətovun arxasında hansı güc dayanıb və "Eurohome"un rəhbəri sahibkarın konpensasiyasını niyə vermir?

Azay Möhnətovun arxasında hansı güc dayanıb və "Eurohome"un rəhbəri sahibkarın konpensasiyasını niyə vermir?


Jurnalist Qafqaz Rafiqoğlu atasının uzun illərdir davam edən kompensasiya problemi ilə bağlı ilk dəfə ictimaiyyətə müraciət edib.

Newscenter.az-ın məlumatına görə, Todaypress TV xəbər verir ki, Qafqaz Rafiqoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, son yeddi il ərzində yaşadıqları problemləri ictimailəşdirməməsinin əsas səbəbi dövlətin ədalətinə olan inamı olub.

"Bilənlər bilir ki, atamın başına gələnlərdən sonra nələr çəkmişik. Mən bu 7 ildə problemimiz haqqında bir kəlmə də yazıb ictimailəşdirməyi özümə rəva bilməmişəm. Çünki dövlətin ədalətinə güvənmişəm. Məsələni indi ictimailəşdirməyimin səbəbi isə xoşagəlməz halların, hətta faciənin qarşısının alınması üçün addımların atılmasıdır".

Jurnalist paylaşımında "Eurohome" bazarında baş vermiş yanğından sonra atasına ödənilməli olan kompensasiyanın bu günədək verilmədiyini iddia edib.

Onun sözlərinə görə, iş adamı Azay Möhnətov kompensasiyanın ödənilməsi ilə bağlı illərlə vədlər versə də, sonradan mövqeyini dəyişib:

""Eurohome" bazarı yanandan sonra atama ödəməli olduğu kompensasiyanı beş il ərzində "verəcəyəm" deyə uzatdıqdan sonra son söz "get hara şikayət edirsən et" oldu. Əslində bu sözünü də təsdiqləmiş oldu. Hələ ki, etdiyimiz şikayətlər cavabsız qalıb. Amma bizim inamımız tükənməyib. Xüsusi olaraq qeyd edim ki, Azay Möhnətov kompensasiyanın ödənilməsi üçün iki böyük qurumda və mötəbər şəxslər qarşısında söz vermişdi. Dövlətimizə və hökumətə hörmətimizdən həmin qurumların adını heç vaxt hallandırmamışıq".

Sonda Qafqaz Rafiqoğlu bildirib ki, ailəsinin yeganə tələbi ünvanladıqları müraciətlərə baxılması və məsələnin qanun çərçivəsində həll olunmasıdır.

“Bu gün istəyimiz yalnız atamın son bir ildə dəfələrlə ünvanladığı şikayət və məktublara baxılması və Azay Möhnətov adlı "Böyük Güc" qarşısında dövlətin ədalətinin təmin edilməsidir".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş