
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovun müşayiəti ilə TÜRKSOY-un Baş katibinin müavini Sayit Yusuf Gəncə şəhərinin tarixi-mədəni məkanları ilə tanış olub.

Newscenter.az bu barədə Nizami Gəncəvi Muzeyinə istinadən məlumat verib. Bildirilib ki, səfər çərçivəsində Nizami Gəncəvi Muzeyində görüş keçirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, qonağa muzey haqqında ətraflı məlumat verilib və xatirə hədiyyəsi təqdim edilib.

Süleyman












































