Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədliyyə nazirinin müavini Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru ilə görüşüb

Ədliyyə nazirinin müavini Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru ilə görüşüb


Ədliyyə tarixi
Rəhbərlik
Əsasnamə
Kollegiya
Struktur
Qulluğa qəbul
Etik davranış
İctimai Şura
Apellyasiya Şurası
Muzeylər
Məhkəmə Ekspertiza Şurası

881

Ana səhifə
/
Media
/
Xəbərlər
Ədliyyə nazirinin müavini Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru ilə görüşüb


Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Avropa Şurasının İnsan Hüquqları və Hüququn Aliliyi üzrə Baş direktoru Canluka Espozito ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında hüquq və ədliyyə sahəsində uğurla həyata keçirilən uzunmüddətli əməkdaşlıq vurğulanıb. Avropa Şurasının müvafiq tədbirlər planları çərçivəsində həyata keçirilən layihələrin ölkədə aparılan hüquqi və institusional islahatlara töhfə verdiyi qeyd edilib. Həmçinin məhkəmə ekspertizası, probasiya, məhkəmə qərarlarının icrası, hüquqi sahədə təhsil və elmi tədqiqat istiqamətləri üzrə əməkdaşlığın prioritet olduğu diqqətə çatdırılıb.

Tərəflər Avropa Şurasının müxtəlif institutları və komitələri ilə qarşılıqlı fəaliyyət, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində əldə olunan nəticələr, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Süleyman
Xəbəri paylaş