Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub


Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilib.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı müvafiq Fərmanla isə sözügedən məsələlərə razılıq vermək səlahiyyəti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə verilib.

Anar
Xəbəri paylaş