Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mingəçevir Şəhər 13 nömrəli körpələr evi–uşaq bağçası telefon və mesajlarla idarə olunur

Mingəçevir Şəhər 13 nömrəli körpələr evi–uşaq bağçası telefon və mesajlarla idarə olunur


"Üç ildir bu bağçada çalışıram və gördüklərimi deməyə mənə heç kim qadağa qoya bilməz. Bir müəssisədə nizam-intizam yoxdursa, bunun məsuliyyəti ilk növbədə rəhbərin üzərindədir. İşçiləri Mingəçevir Şəhər Təhsil Sektoruna çağırıb izahat almaq asandır. Bəs illərlə bu özbaşınalığın qarşısını almayan rəhbərlik niyə cavab vermir? Mənim müşahidəmə görə, müəssisə rəhbəri uzun müddətlər iş yerində olmur, müxtəlif səbəblərlə tez-tez işdən kənarda qalır.

Newscenter.az xəbər verir ki, bunları Mingəçevir Şəhər 13 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi müəlliməsi Sevinc Məmmədova deyib. O bildirib ki, sözügedən müəssisə məsafədən, telefonla və mesajlarla idarə olunur:

"Rəhbər iş yerində olmalı, kollektivə nəzarət etməli, nizam-intizam yaratmalıdır. Əgər rəhbər özü müəssisədə lazımi səviyyədə iştirak etmirsə, işçilərin iş saatına, etik davranışına və əmək intizamına kim nəzarət etməlidir? Valideynlərin uşaqları vaxtından əvvəl aparması, işçilərin iş rejimi ilə bağlı səslənən narazılıqlar və kollektivdə intizamsızlıq barədə aidiyyəti qurumların ciddi araşdırma aparmasının vaxtı çoxdan çatıb".

Sevinc Məmmədova daha sonra bunları qeyd edib:

"Mən üç il ərzində dəfələrlə rəhbərliyə demişəm ki, kollektivi yığın, qaydaları izah edin, intizam yaradın. Təəssüf ki, bunun əvəzinə bu gün günah işçilərin və haqqını tələb edən müəllimin üzərinə qoyulur. Əgər bir müəssisədə yalnız mən növbədə olanda sakitlik və nizam yaranırsa, bu, mənim günahım deyil. Bu, rəhbərliyin idarəetmədə ciddi problemlərinin göstəricisidir. Mən aidiyyəti qurumlardan xahiş etmirəm, tələb edirəm: məsuliyyət yalnız sıravi işçilərdən soruşulmasın. Müəssisədə yaranmış vəziyyətə görə rəhbərliyin fəaliyyəti də qanun çərçivəsində obyektiv qiymətləndirilsin. Ədalət hamıya eyni tətbiq olunmalıdır".

Süleyman
Xəbəri paylaş