Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran səfirinin məntiqsizliyi

İran səfirinin məntiqsizliyi


İran hakimiyyətini Ermınistanda təmsil edən səfir Xəlil Şirqolami Tehranda keçirilən Əli Xameneinin dəfn mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməməsinə rəgmən, Ermənistanın lideri Paşinyanın isə iştirakına təəccüblü yersiz münasibət bildirib. O qeyd edib ki, ölkənin hansı səviyyədə təmsil olunacağı hər bir dövlətin daxili qərarıdır. Lakin İran olaraq Ərdoğan və Əliyevin şəxsən iştirak edəcəyini gözləyirdik. Bu tədbir isə tarixi yaddaşımızda qalacaq. Mən diplomat kimi danışıram, qalan qiymətləndirməni analitiklər edəcəklər.

Newscenter.az-ın xəbərinə görə. məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas İlqar Altay deyib ki, İran səfiri səbəbi gərək, ali rəhbəri Xameneinin siyasətində araşdırsın:

"Mərhum, ali rəhbər və İranın elitası deyirdi ki, Azərbaycan və Türkiyə bizə İslam, din qardaşı, Ermənistan isə tarixi, milli, qan qardaşıdır. Xamenei özü və rejimi də Ermənistana 44 günlük müharibəmizdə, hələ ondan da əvvəllər 30 ildə işğal dövründə hərbi, digər yardımlarla, ABŞ-la bu yaxında etdiyi müharibəsi zamanı, rejiminin Ermənistana deyil də, Türkiyə və Azərbaycana raket atması kimi fərqli münasibətilə özü, açıq sübut etdi ki, qan və millət, din və İslamdan da irəlidir. Ona görə də İran fərqli münasibət gördü".

Arzu
Xəbəri paylaş