Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Azərbaycan qardaşlığı bir daha dünyaya nümunə olaraq təqdim edildi

Türkiyə-Azərbaycan qardaşlığı bir daha dünyaya nümunə olaraq təqdim edildi


"Türkiyə və Azərbaycan hər zaman eyni mövqedən çıxış edərək dünyaya əsl dostluq-qardaşlıq nümunəsi göstərib. Son vaxtlar İsrail hökumətinin qondarma erməni souqırımı məsələsi üzərindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi fonunda Bakının sərgilədiyi mövqe bunu bir daha sübut etdi".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, ötən ayın sonlarında İsrail hökumət kabinetinin qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul etməsi təkcə Türkiyə deyil, Azərbaycan dövləti və cəmiyyətində də haqlı narazılığa səbəb oldu və Azərbaycanın Xarici İşlər Nazirliyi bu addımı pisləyən bəyanatla çıxış etdi:

"Eyni zamanda İsraildə fəaliyyət göstərən müxtəlif təşkilatlar, diaspor fəalları, Azərbaycan və İsrail arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi xidmətləri olan ictimai-siyasi fəallar da İsrail hökumət kabinetinin məlum qərarını pisləyərək uzaq tarixdə baş verənlərə tarixçilərin qiymət verməsinin vacibliyini bildirdi, qondarma soyqırım üzərindən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə qarşı olduqlarını bildirdilər".

Arzuman Muradlı onu da qeyd edib ki, İsrailm hökumətinin sonrada sözügedən qərarın təsdiqini təxirə salmasında Azərbaycanın uğurlu diplomatik gedişi mühüm rol oynadı:

"Türkiyə Azərbaycan üçün yaxın dost-qardaş, Təl-Əviv isə Bakıya yaxın müttəfiq, Yaxın Şərqdəki ən etibarlı tərəfdaşdır. Bu baxımdan Ankara və Təl-Əviv arasında münasibətlərin gərginləşməsi Bakı üçün arzuedilən deyil. Hər zaman regional və qlobal miqyasda baş verən gərginliklərin dialoq, danışıqlar, diplomatiya yolu iləm həllinə tərəfdar olan Azərbaycan ənənəsinə sadiq qalaraq növbəti uğurlu diplomatik gedişi ilə Türkiyə ilə İsrail arasında münasibətlərin daha da kritik hal almasını önlədi. Bakının sərgilədiyi mövqe həm də onun sübutu idi ki, Azərbaycan və Türkiyə dostluq və qardaşlığı əbədidir, hər iki ölkə bir-birinin milli maraqlarının qorunmasında öz prinsipial və barışdırıcı mövqeyini ortaya qoyur".

Süleyman
Xəbəri paylaş