Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Maliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib

Maliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib


Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.

Newscenter.az nazirliyə istinadən bildirir ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 milyon manat məbləğində qalığı ölkənin dörd kommersiya bankında 28 gün müddətinə, 7.24% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Süleyman
Xəbəri paylaş