Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Qətərin keçmiş əmirinin dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Qətərin keçmiş əmirinin dəfn mərasimində iştirak edəcək


Milli Məclisin sədri Sahibə Qafarova Qətərin keçmiş əmiri, mərhum Şeyx Həməd bin Xəlifə Al Taninin dəfn mərasimində iştirak edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov qanunverici orqanın növbədənkənar sessiyasının bugünkü iclasında məlumat verib.

O qeyd edib ki, S.Qafarova bununla bağlı Qətərdə səfərdədir.

Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.
Xəbəri paylaş