Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin çıxışından hər kəs öz mesajını aldı

Prezidentin çıxışından hər kəs öz mesajını aldı


"IV Şuşa Qlobal Media Forumunun ənənəvi hal aldığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün əhəmiyyətli platforma olduğu görünür. Bu forum ilk növbədə Şuşada təşkil olunmaqla da simvolik rəmzi məna daşıyır Şuşanın mənəvi dəyərinin olması baxımından. Azərbaycan Prezidentinin bu forumda verdiyi bəyanatlar bir sıra məsələlərin üstünə işıq salmaqla yanaşı, bəzi məsələləri də ironik şəkildə hər kəsin diqqətinə çatdırmaqla bir növ tənqidi mövqe bildirilməsi oldu".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, Fransa, Rusiya, Ukrayna, Türkiyə ilə əlaqəli vacib fikirlər bildirilməklə yanaşı, vacib xatırlatmaların edilməsi, ətraf regionlarda davam edən müharibələrin dağıdıcı xarakterinin heç kimə fayda gıtirmədiyi vurğulanmaqla bu qarışıqlıqdan istifadə etmək istəyən qüvvələrə də mesajlar verildi:

"Azərbaycan Prezidentinin ABŞ-la əlaqələrinin yüksək səviyyədə olması, ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibətinin xüsusi vurğulanması da müəyyən dairələrə mesaj xarakteri daşıyır. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu forumda kimə nə lazım idisə onu da dedi. Hər kəs öz mesajını aldı".

Süleyman
Xəbəri paylaş