
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa Qlobal Media Forumunda etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycanın dövlət siyasəti beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə hörmətə və açıq dialoq prinsiplərinə əsaslanır.
Xüsusilə media sahəsinin inkişafı və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən siyasət yüksək qiymətləndirilməlidir".
Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, bu gün süni intellekt informasiyanın təhlili, dezinformasiyaya qarşı mübarizə, jurnalistikanın keyfiyyətinin artırılması və etibarlı məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması üçün mühüm alətə çevrilib:
"Dövlət başçısının bu istiqamətə verdiyi dəstək Azərbaycanın müasir, texnoloji və məsuliyyətli media mühitinin formalaşmasına mühüm töhfə verir.
Beynəlxalq hüquq müdafiəçisi kimi, cənab Prezident İlham Əliyevin dünya mediasının suallarına verdiyi cavabları da xüsusi qeyd etmək istərdim. Bu cavablar hüquqi dəqiqliyi, prinsipiallığı və beynəlxalq hüquq normalarına söykənməsi ilə seçilir. Bu gün dünyanın bir çox siyasi və ictimai xadimləri belə çıxışlardan öyrənirlər. Çünki dövlət maraqlarını qanunun aliliyi, beynəlxalq hüquq və insan hüquqlarına hörmət çərçivəsində qətiyyətlə müdafiə etmək müasir dövlət rəhbərliyi üçün nümunədir".
Süleyman












































