
Böyük Britaniya hökuməti Ukrayna üçün 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramına qoşulmaq barədə Avropa Birliyi ilə razılığa gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş naziri Keir Starmerin ofisinin açıqlamasında bildirilib.
"Bu proqram Böyük Britaniyanın müdafiə şirkətlərinə bu kreditlə maliyyələşdirilən müqavilələr üçün müraciət etməyə imkan verəcək, milyardlarla avro potensial investisiyanı təmin edəcək. Bu vəsait eyni zamanda Böyük Britaniyada ixtisaslı iş yerləri təmin edəcək və Böyük Britaniyanın dünyada aparıcı müdafiə sənayesi bazasını gücləndirəcək. Böyük Britaniyanın təşəbbüsə verdiyi töhfə Böyük Britaniya istehsalçılarına verilən müqavilələrin dəyəri ilə mütənasib olacaq", - deyə bildirilir.
Bu açıqlama Böyük Britaniyanın Baş naziri Keir Starmerin Parisdə keçirilən "könüllülərin koalisiyası" sammitində iştirakı ilə bağlı yayılıb.
Arzu












































