Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polad Həşimov qəhrəmanlıq salnaməsinin ən parlaq simalarından biridir

Polad Həşimov qəhrəmanlıq salnaməsinin ən parlaq simalarından biridir


"Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Onlar xalqın qüruru, millətin şərəfi və gələcək nəsillərə örnək olan əbədi qəhrəmanlardır. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi uğrunda canını fəda edən bütün şəhidlərimiz xalqımızın yaddaşında daim yaşayacaq".

Newscenter.az xəbər verir ki, bunları Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədr müavini Məcid Məmmədov deyib. O bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor şəhid Polad Həşimov bu qəhrəmanlıq salnaməsinin ən parlaq simalarından biridir:

"O, yüksək rütbəsinə baxmayaraq, daim ön cəbhədə əsgərlərinin yanında olub, Vətənə xidmət etməyi həyatının ən ali amalı sayıb. Onun cəsarəti, vətənpərvərliyi, təvazökarlığı və əsgərlərinə olan qayğıkeş münasibəti hər bir azərbaycanlı üçün əsl vətən sevgisinin nümunəsidir.

2020-ci ilin iyul döyüşlərində Polad Həşimovun şəhidliyi bütün Azərbaycan xalqını dərin kədərə qərq etsə də, eyni zamanda xalqımızın milli birliyini, Vətən sevgisini və qələbə əzmini daha da möhkəmləndirdi. Onun müqəddəs qanı Vətən torpağı ilə birləşərək qəhrəmanlıq tariximizin silinməz səhifəsinə çevrildi. Bu şərəfli yol sonradan əldə edilən böyük Zəfərin mənəvi təməlini təşkil edən ən mühüm hadisələrdən biri oldu".

Məcid Məmmədov qeyd edib ki, şəhidlər yalnız bir ailənin övladı deyil, bütün xalqın əzizidir:

"Onların hər biri öz canını gələcək nəsillərin azad, təhlükəsiz və başıuca yaşaması üçün fəda edib. Bu gün Azərbaycanın hər guşəsində dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs qanı bahasına yüksəlir. Biz onların qarşısında sonsuz ehtiram və minnətdarlıq borcu daşıyırıq.

Polad Həşimovun adı cəsurluğun, şərəfin, ləyaqətin və Vətən sevgisinin rəmzidir. Onun həyatı göstərdi ki, həqiqi lider yalnız əmr verən deyil, ən çətin anda xalqı və əsgərləri ilə çiyin-çiyinə dayanan insandır. Məhz buna görə də o, milyonlarla insanın qəlbində əbədi yaşayır.

Məcid Məmmədov, "Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhu qarşısında baş əyir, göstərdikləri misilsiz qəhrəmanlığa görə dərin ehtiramımızı bildiririk. Şəhidlər ölməz, Vətən bölünməz! Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, gələcək nəsillər tərəfindən hörmət və minnətdarlıqla yad ediləcək.
Ruhunuz şad olsun, qəhrəman oğullarımız! Allah bütün şəhidlərimizə rəhmət eləsin",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş