
Çinin şimal şərqindəki Lyaonin əyalətinin hakimiyyəti güclü yağışlar və daşqın təhlükəsi səbəbindən 171 mindən çox insanı təxliyə edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, sakinlərin təhlükəli ərazilərdən köçürülməsi səyləri davam edir. Bəzi yerlərdə saatlıq maksimum yağıntı miqdarı saatda 74,4 mm-ə çatıb. Bəzi yerlərdə isə təxminən yarım gün ərzində təxminən 186 mm yağıntı düşüb.
Daha əvvəl Lyaoninq və qonşu Cilin əyalətinin administrasiyası gözlənilən daşqınlar səbəbindən qırmızı həyəcan siqnalı elan etmişdi. Meteoroloqlar qeyd edirlər ki, əyalətin bir çox əsas çaylarında su səviyyəsi və axın kəskin şəkildə artır.
Arzu












































