Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan-Azərbaycan İş Adamları Klubu təsis olunub

Özbəkistan-Azərbaycan İş Adamları Klubu təsis olunub


Özbəkistan-Azərbaycan İş Adamları Klubu təsis edilib.

Newscenter.az xəbər verir ki, sözügedən qurumun mərkəzi ofisi Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşir. İyulun 18-də Özbəkistan-Azərbaycan İş Adamları Klubunun Daşkənddə təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində hər iki ölkədən olan iş adamları, sahibkarlar, eyni zamanda rəsmi şəxslər iştirak edəcək. Özbəkistan-Azərbaycan İş Adamları Klubunun məqsədi iki ölkənin biznes strukturları arasında əlaqələri inkişaf etdirmək, birgə biznes layihələri reallaşdırmaqdır.

Özbəkistan-Azərbaycan İş Adamları Klubunun bir müddət sonra Bakıda da ofisinin açılması nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş