Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib


İyulun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq arasında videokonfrans formatında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisi ilə Pan-Afrika Parlamenti arasında əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Söhbət zamanı bu cür təmasların parlament diplomatiyasının möhkəmləndirilməsinə və tərəflər arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Pan-Afrika Parlamentinin fəaliyyətinə toxunaraq, Azərbaycan Parlamentinin bu təşkilatla münasibətləri daha da inkişaf etdirmək niyyətini ifadə edib. Görüşdə, həmçinin, Pan-Afrika Parlamenti ilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Süleyman
Xəbəri paylaş