Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının xarici siyasətinin ana xəttini bərabərhüquqlu əməkdaşlıq təşkil edir

Bakının xarici siyasətinin ana xəttini bərabərhüquqlu əməkdaşlıq təşkil edir


"Şuşada keçirilən növbəti Qlobal Media Forumu sülhün tətbiqində medianın roluna həsr olunmuşdur. Çağdaş dünyamızda medianın müxtəlif platformalarının sürətli inkişafı və geniş tətbiqi xüsusi önəm daşıyır. Həm ictimai şüurun formalaşmasında, həm də informasiya müharibələrində bu alətdən səmərəli şəkildə istifadə edilir".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Azərbaycan regional və beynəlxalq sülhü təşviq edən ölkələrin önündə gedir:

"Bakı Sülh Şurasının təsisçi üzvlərindən biri kimi fəal iştirak edir, Eyni zamanda Qoşulmama Hərəkatının ən fəal üzvü kimi bir çox təşəbbüslərdə bulunaraq ədalətin və bərabərliyin qorunmasına çalışıb. Bu dəfəki forum da təşkilatı, iştirakçıların müxtəlifliyi, tərkibi və sayı, həmçinin müzakirələrin aktuallığı baxımından da çox samballı oldu. Prezident İ.Əliyevin dünyanın əksər nöqtələrindən gələn iştirakçıların suallarına verdiyi cavabları əslində bir yol xəritəsi və ən qlobal problemlərin həlli istiqamətində tezis kimi də xarakterizə etmək mümkündür. Cənab prezident təkcə Azərbaycanla bağlı deyil, dünyada gedən sürətli, mürəkkəb və qeyri sabit proseslərlə bağlı da öz mövqeyini bir daha açıq şəkildə orta qoymuş oldu. Burada enerji təhlükəsizliyindən, qlobal layihələrdən tutmuş Azərbaycanın bu transformasiyalara oynadığı rola qədər əsas istiqamətləri açıqladı. Bizim üçün vacib olan məsələlər də təbii ki, ölkənin bundan sonra atacağı addımlar, yürüdəcıyi uğurlu xarici siyasətin davamı ilə bağlıdır".

Əli Orucov qeyd edib ki, Azərbaycan ABŞ əlaqələri və 907 -ci düzəliş, Qərblə münasibətlərin hazırkı vəziyyəti, regionda sülhün və təhlükəsizliyin qorunması dedallı şəkildə diqqətə çatdırıldı:

"Hazırda Vaşinqton -Bakı xəttində strateji tərəfdaşlığın pik səviyyəyə qaldırılması region üçün də əhəmiyyət kəsb edir. Burada bir maraqlı məqamı da vurğulamaq istərdim. O da Qərb institutlarının Azərbaycana qarşı haqsız və qərəzli yanaşması ilə əlaqəli yaranmış durumdur. Həqiqətən də son dövrlər bir yandan enerji təhlükəsizliyində və nəqliyyat şaxəlındirilməlırində Azərbaycanı sadiq və vacib strateji tərəfdaş kimi qəbul edən Qərb, digər yandan hədəfə çevirib. Hədə və təzyiq dilində danışmağa cəhd göstərir. Bu anlaşılmaz və qəbuledilməz üslubdur. Avropa Şurası Parlament Assambleyası indiyədək də öz səhvini düzəltməyib. Bakı İ.Əliyevin dilindən bir daha konfrantasiyaya deyil əməkdaşlığa üstünlük verdiyini həmin mötəbər tədbirdən yenidən səsləndirdi. Bakının xarici siyasətinin ana xəttini bərabərhüquqlu əməkdaşlıq, normal münasibətlər və dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüququn, nizamın işləməsi təşkil edir".

Süleyman
Xəbəri paylaş