
Cənubi Koreya prezident administrasiyası Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib və Pxenyanı bu cür hərəkətləri dayandırmağa çağırıb.
"Şimali Koreyanın ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozan təxribatdır. Biz dərhal dayandırılmasını tələb edirik", - deyə Cənubi Koreya prezident administrasiyası bildirib.
6 avqustda administrasiyanın Milli Təhlükəsizlik İdarəsi Müdafiə Nazirliyinin və Birgə Qərargah Rəisləri Komitəsinin nümayəndələri ilə təcili iclas keçirib. Seul əlavə edib ki, "Bu buraxılışın təhlükəsizliyimizə təsiri təhlil edilib və lazımi tədbirlərin həyata keçirilməsi yoxlanılıb". Rəsmilər bildirirlər ki, əlaqəli şəxslərə hazırlıqlı olmaq əmri verilib.
Cənubi Koreya hökumətinin məlumatına görə, cümə axşamı yerli vaxtla təxminən saat 17:00-da (Moskva vaxtı ilə saat 11:00) Vonsan yaxınlığından Yapon dənizinə doğru qısa mənzilli ballistik raket buraxılıb.
Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 10-cu ballistik raket buraxılışıdır. Əvvəlki buraxılış 25 iyunda, Koreya müharibəsinin (1950-1953) başlamasının ildönümü günü baş tutub. Daha sonra ölkə lideri Kim Çen Inın iştirakı ilə taktiki ballistik raketlər və yeni çoxnövlü raket sistemləri sınaqdan keçirildi.











































