
İrana qarşı hərbi əməliyyat tezliklə başa çatacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, neft qiymətlərinin müharibə bitdikdə düşəcəyini gözlədiyini də vurğulayıb:
"Düşünürəm ki, bu, tezliklə baş verəcək. Düşünmürəm ki, onlar daha çox dözə biləcəklər".
Tramp həmçinin qeyd edib ki, İran ətrafında gərginliyin aradan qaldırılması üçün yaxşı iş görülür.
Anar











































