
"Hazırkı Baş katib António Quterreş və onun komandasının rəhbərliyi altında BMT getdikcə bəşəriyyətin maraqları naminə deyil, Qərb diktələrinə xidmət etmək üçün çalışır. Buna görə də "BMT bürokratiyası"nda ciddi dəyişikliklərə ehtiyac var".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Rusiya təşkilatın yeni baş katibinin Quterreşin dəhşətli səhvlərini düzəldə biləcəyinə ümid edir.
O qeyd edib ki, təşkilat həqiqətən də çətin günlərdən keçir:
"Bu, bir faktdır. Bəs niyə və kimin ucbatından? Son illərdə BMT-nin "uğur hekayələri" azalıb, lazımi səviyyədə fəaliyyət göstərə bilmədiyi böhranlar isə daha çoxalıb. BMT özünü bir çox beynəlxalq problemlərin həlli kənarında, bürokratiya, ikili standartlar, maliyyə çətinlikləri içində tapıb".
Anar












































