Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dillərə dastan olan tarixi qələbə

Dillərə dastan olan tarixi qələbə



Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz erməni təcavüzkarlarını 44 günlük Vətən müharibəsində və 2023-cü il antiterror tədbirləri zamanı döyüş meydanında acı məğlubiyyətə uğratdı. Doğma Laçın şəhəri isə heç bir güllə atılmadan, cənab İlham Əliyevin müdrik siyasəti ilə geri qaytarıldı. Və möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 26 Avqust-Laçın şəhəri günü kimi qürurla qeyd edilir. Laçın, illərlə çəkdiyi ağrı-acını, dağıntıları və səssizliyi geridə qoyaraq, sanki yenidən doğulur və yenidən nəfəs alır. Şəhərin dağ yamaclarında salınan müasir, rəngbərəng evləri, yenidən canlanan küçələri və ən əsası, o küçələri dolduran uşaq gülüşləri Laçının ruhunun geri döndüyünü sübut edir. Həkəri çayının şırıltısı, dumanlı dağların əzəməti indi fəğanla deyil, quruculuq və intibahın gətirdiyi coşğu ilə birləşir. Dövlətin apardığı nəhəng bərpa işləri sayəsində Laçın həm öz qədim memarlıq simasını qoruyur, həm də ekoloji təmiz, "ağıllı" bir şəhər kimi gələcəyə addımlayır.Burada keçirilən hər bir Şəhər Günü sadəcə keçmiş zəfəri xatırlamaq deyil, həm də gələcəyə baxmaq deməkdir. Vaxtilə köçkünlük taleyi yaşamış insanların indi öz yurdlarında xalça toxuması, arıçılıqla məşğul olması və gələn qonaqları qürurla qarşılaması bu torpağın əsl sahiblərinə qovuşduğunun ən bariz nümunəsidir. Laçın bu gün həm də Azərbaycanın dirçəlişinin, dövlətimizin qüdrətinin və xalqımızın qurub-yaratmaq əzminin canlı bir simvoludur. O dağların qoynundakı hər bir daş, hər bir cığır indi azadlığın və əbədi sülhün dadını çıxarır.
Günay Nəsrəddinova
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş