Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri gündən-günə daha da möhkəmlənir

Azərbaycanla Özbəkistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri gündən-günə daha da möhkəmlənir


"Müstəqillik illərində Özbəkistan Respublikası dövlətçilik və cəmiyyət quruculuğu yolunda mühüm tarixi inkişaf mərhələlərindən keçərək, özbək xalqının güclü iradəsi, zəngin potensialı və əzmkarlığı sayəsində böyük nailiyyətlər əldə etmişdir.

Bu gün Özbəkistanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar, həyata keçirilən islahatlar və davamlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir".

Newscenter.az xəbər verir ki, bunları ATXƏM sədri İlham İsmayılov 1 sentyabr Özbəkistan Respublikasının Müstəqillik Günü ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri gündən-günə daha da möhkəmlənir:

"Ölkələrimiz arasında imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsi bu möhkəm əlaqələrin mühüm hüquqi əsaslarından biridir.

ATXƏM İB öz növbəsində uzun illərdir ki, Türk Birliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir və bu gün Özbəkistanla qurulan və inkişaf edən əlaqələr bizi çox sevindirir, Türk Dünyasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsini yüksək qiymətləndiririk".

İlham İsmayılov, "Özbəkistan Respublikasının Müstəqillik Günü münasibətilə qardaş özbək xalqını səmimi-qəlbdən təbrik edir, Özbəkistan Respublikasına sülh, rifah, tərəqqi və davamlı inkişaf arzulayırıq.

Yaşasın Türk Birliyi! Yaşasın Azərbaycan–Özbəkistan dostluğu və qardaşlığı!",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş