Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astara rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Astara rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb


Astara 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Astara 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

Newscenter.az xəbər verir ki, bu barədə Mediasiya Şurası məlumat yayıb. Bildirilib ki, Astara, Yardımlı və Lerik rayonu üzrə vətəndaşlar 1 sentyabr 2026-cı ildən etibarən Astara 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Astara 1 saylı mediasiya təşkilatına Nərmin Məmmədli rəhbərlik edəcək. Təşkilat Astara şəhəri, Heydər Əliyev pr. 42A ünvanda fəaliyyət göstərəcək.

Süleyman
Xəbəri paylaş