Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əliyev-Paşinyan görüşünü Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların davamı kimi də qiymətləndirmək olar

Əliyev-Paşinyan görüşünü Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların davamı kimi də qiymətləndirmək olar


Hesab edirəm ki, bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş tarixi razılaşmaların davamı kimi də qiymətləndirmək olar.
Vaşinqton Sammiti Azərbaycan–Ermənistan sülh gündəliyini yeni mərhələyə çıxardı, sülh sazişinin paraflanması isə uzun illər davam edən qarşıdurmadan sonra region üçün tamamilə yeni siyasi və iqtisadi perspektiv yaratdı. Bişkekdə birbaşa dialoqun davam etdirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Hesab edirəm ki, baş verən proseslər Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasətin daha geniş geosiyasi nəticələrini də göstərir. Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, müxtəlif siyasi və iqtisadi məkanları bir-biri ilə əlaqələndirə bilən orta güc dövləti kimi çıxış edir. Bunun əsasında isə ilk növbədə Azərbaycanın müstəqil xarici siyasət aparması və regional proseslərdə təşəbbüsü öz əlinə alması dayanır.
Azərbaycanın orta güc kimi yüksəlişinin əsas göstəricilərindən biri də budur: ölkəmiz artıq yalnız dəyişən beynəlxalq sistemə uyğunlaşmır, öz imkanları daxilində həmin sistemdə yeni regional reallıqların formalaşmasına təsir göstərir.
Dünya artıq əvvəlki kimi bir və ya iki siyasi mərkəzin dominantlığı üzərində qurulmur. Yeni çoxqütblü sistemdə orta güclərin rolu artır. Belə dövlətlərin üstünlüyü müxtəlif siyasi mərkəzlərlə danışmaq, onlar arasında körpülər yaratmaq və regional təşəbbüslər irəli sürmək imkanındadır. Azərbaycan da məhz belə bir mövqe formalaşdırır.
Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri onun çoxtərəflilik – multilateralizm prinsipinə söykənməsidir. Azərbaycan Avropa, ABŞ, Türk dünyası, Çin və Mərkəzi Asiya ölkələri, İslam dünyası ilə sıx əməkdaşlığı davam etdirir, Asiya və Afrika istiqamətində yeni tərəfdaşlıqlar yaradır.
Əminliklə bildirirəm ki, Prezident İlham Əliyevin siyasi kursunun nəticəsində Azərbaycan bu gün regional proseslərin sadəcə iştirakçısı deyil, bir çox hallarda onların istiqamətini müəyyən edən dövlətlərdən biridir.

Ramil İsgəndərli
Xəbəri paylaş