Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda "Nəsillərin Dialoqu" Beynəlxalq Gənclər Konqresi keçiriləcək

Özbəkistanda "Nəsillərin Dialoqu" Beynəlxalq Gənclər Konqresi keçiriləcək


Özbəkistanda "Nəsillərin Dialoqu" Beynəlxalq Gənclər Konqresi keçiriləcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunu prezident Şavkat Mirziyoyev bildirib. Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın Gənc Parlamentçilərinin XII Dünya Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bu barədə məlumat verib. Şavkat Mirziyoyev konfransın yüksək səviyyəli nümayəndələrini "Nəsillərin Dialoqu" Beynəlxalq Gənclər Konqresində fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, "Nəsillərin Dialoqu" Beynəlxalq Gənclər Konqresinin gələn il, Birləşmiş Millətlər Təşkilatının “Gənclər - 2030” strategiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş