
Avropa Rusiya diplomatlarına və Aİ ölkələrinə səfər edən vətəndaşlarına daha sərt məhdudiyyətlər tətbiq etməlidir.
Newscenter.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bunu Veymarda alman və fransız həmkarları ilə görüşdən sonra bildirib.
Onun sözlərini “Politico” sitat gətirib.
"Axı Rusiya Aİ-ni daxildən məhv etməyə çalışır və ona sərbəst hərəkət imtiyazlarından istifadə etməyə icazə verilməməlidir", - diplomat öz fikrini bölüşüb.
Onun sözlərinə görə, Rusiya diplomatlarının hərəkət azadlığı onların akkreditasiya ölkələri ilə məhdudlaşdırılmalı, rusliyalılara Şengen vizalarının verilməsi azaldılmalı, biometrik pasport tələbləri tətbiq edilməli və Aİ-dəki rus diplomatlarının sayı üçün kvotalar müəyyən edilməlidir.
"Avropa İttifaqında hələ də çoxlu Rusiya diplomatı var. Bizim hesablamalarımıza görə, onların sayı 2 000 nəfərdən çoxdur", - Polşa xarici işlər naziri qeyd edib.
Anar










































