
“Airbus SE” “A330neo” təyyarəsinin quyruq hissəsində qüsurları aşkarlayıb, bununla əlaqədar son üç ay ərzində müştərilərə tədarüklərin faktiki olaraq dayandırılıb.
Newscenter.az-ın məlumatına görə, “Airbus” “Bloomberg”in sorğusuna göndərdiyi cavabda bildirib ki, şirkət istehsal zamanı təyyarədə əlavə yoxlamalar aparmaq məcburiyyətində qalıb ki, bu da müştərilərə aylıq çatdırılmalarını ləngidib.
Şirkət qüsurların səbəbinin müəyyən olunduğunu qeyd edib və keyfiyyət problemini "tək hal” kimi təsvir edib. Bildirilir ki, “A330neo”nun müştərilərə çatdırılmaları artıq bərpa edilib.
“Bloomberg”in mənbələrinin məlumatına görə, “Airbus” iyun və ya iyulda bir dənə də olsun “A330neo” ixrac etməyib, avqustda isə Tayvanın “Starlux Airlines” şirkətinə bu modeldən yalnız bir təyyarə göndərib.
Ümumilikdə, avqust ayında müştərilərə iyul ayında 67 təyyarə ilə müqayisədə 57 təyyarə təhvil verib.
“Airbus” bu il müştərilərə 870 təyyarə təhvil verməyi planlaşdırır.
“Airbus” səhmləri cümə axşamı ticarətdə 1,2 % ucuzlaşıb. Onların dəyəri ilin əvvəlindən bəri 2 % düşüb.
Anar










































