Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya səfiri Çexiyanın Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Çexiyanın Xarici İşlər Nazirliyinə çağırılıb


Çexiyanın xarici işlər naziri Petr Maçinka cümə axşamı Rusiyanın bu ölkədəki səfiri Anna Ponomarevanı çağıraraq Leypsiq hava limanında baş verən hadisə ilə bağlı Almaniya ilə həmrəyliyini bildirib.

Newscenter.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilir.

"Həm Almaniya tərəfindən etibarlı məlumatlara, həm də Çexiyanın iki kəşfiyyat orqanının araşdırmalarının nəticələrinə əsasən, nazir səfirin bu hadisələrin təxribat olduğuna dair izahatını rədd edib", - sənəddə deyilir.

Nazir həmçinin səfiri Çexiyadakı Rusiya diplomatlarına qarşı planlaşdırılan cavab tədbirləri barədə məlumatlandırıb. Bu tədbirlər Çexiyanın Moskvadakı diplomatik missiyası üçün şərtlərin son zamanlar sərtləşdirilməsi ilə əlaqədardır.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və orada Almaniya hakimiyyətinin 5 avqustda Leypsiq hava limanında baş verən dron hadisəsində Rusiyanın iştirakı ilə bağlı ona qarşı etiraz bildirilib.

Anar
Xəbəri paylaş