Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lukaşenko Belarusda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı fərman imzalayıb

Lukaşenko Belarusda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı fərman imzalayıb


Belarus Prezidenti Aleksandr Lukaşenko "İctimai təhlükəsizlik və intizamın gücləndirilməsi tədbirləri haqqında" 11 mart 2004-cü il tarixli direktivin müddəalarını yeniləyən fərman imzalayıb.

Newscenter.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verib.

Direktivin yeni versiyası müasir risklər və çətinliklər nəzərə alınmaqla ictimai təhlükəsizliyin gücləndirilməsinə yanaşmaları təkmilləşdirir və virtual mühit də daxil olmaqla, onun qorunması üçün yeni mexanizmlər təklif edir.

Mətndə deyilir: "Fərman əhalinin həyat təhlükəsizliyi mədəniyyətinin artırılması, vətəndaşlar arasında sosial məsuliyyətli davranış üçün zəruri bacarıqların inkişaf etdirilməsi və əlverişli sosial mühitin yaradılması, eləcə də ahəngdar şəxsi inkişafın təşviq edilməsi üçün əlavə şərait yaratmaq məqsədilə hökumətin fəaliyyətinin prioritet sahələrini tənzimləyir".

Prioritet sahələrə ictimai asayişin qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi, ekstremizmə, narkotik qaçaqmalçılığına qarşı mübarizə və xarici miqrasiyanın monitorinqi daxildir. Bu sahələrə həmçinin əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və mülki müdafiə, yol təhlükəsizliyi, ekoloji təhlükəsizlik, əhalinin sanitariya və epidemioloji rifahı və əməyin təhlükəsizliyi aid edilir.

Anar
Xəbəri paylaş