
PISA nəticələrindəki artım Azərbaycan müəllimlərinin uğurudur.
Newscenter.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qimətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
O qeyd edib ki, Azərbaycanın PISA nəticələri üzrə göstəriciləri sıçrayışdır:
"PISA nəticələrimizlə bağlı yaxşı xəbərlərdə ən böyük pay müəllimlərindir. Bugünkü nəticələrə əsasən ciddi artımdan danışırıqsa, bu, Azərbaycan müəllimlərinin uğurudur".
Nazir vurğulayıb ki, PISA müəllim faktorundan əlavə digər amilləri də ölçür:
"Tədqiqat nəticələrini ölçmək və bu nəticələr əsasında araşdırmalar aparmaq isə alimlərin işidir. Biz çox istərdik ki, alimlər bu istiqamətdə tədqiqatlar aparsınlar".










































