
"Diplomatik səfərlərin görünən hissəsi marşrutdur. Lakin görünməyən tərəfi informasiyadır. 150 nümayəndənin 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil etdiyi son səfərdə Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər müxtəlif istiqamətlər üzrə təqdim olunub. Bu, bir neçə gün ərzində böyük sayda xarici nümayəndənin region haqqında birbaşa məlumat əldə etməsi deməkdir".
Newscenter.az xəbər verir ki, bunları Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva deyib. O bildirib ki, diplomatiyada yerində müşahidənin özünəməxsus əhəmiyyəti var:
"Çünki bir məkan haqqında məlumatı yalnız yazılı mənbədən oxumaqla həmin məkanı görmək eyni təcrübə deyil. Xüsusilə Qarabağ kimi uzun müddət beynəlxalq müzakirələrin predmetinə çevrilmiş regionda faktların yerində müşahidəsi ayrıca əhəmiyyət daşıyır. Səfər proqramına həm tarixi abidələrin, həm yaşayış məkanlarının, həm də yeni iqtisadi və sosial obyektlərin daxil edilməsi müxtəlif aspektlərin birlikdə nəzərdən keçirilməsinə şərait yaradıb".
Səkinə Rzayeva qeyd edib ki, bu səfərin 2020-ci ildən etibarən diplomatik korpusun azad edilmiş ərazilərə 22-ci səfəri olması da onun artıq epizodik deyil, davamlı diplomatik təmas formatına çevrildiyini göstərən faktdır:
"Burada əsas məsələ yalnız “kim nə gördü?” sualı deyil. Daha əhəmiyyətli sual budur: yerində görülənlər sonrakı diplomatik ünsiyyətə hansı informasiya bazasını formalaşdıracaq?
Bu baxımdan səfərin əsas nəticələrindən biri də Qarabağ və Şərqi Zəngəzur haqqında məlumatın birbaşa müşahidə üzərindən genişlənməsidir".
Süleyman












































