
Azərbaycan dövlətinin daşı həqiqətən də çox ağırdır. Qoy, elə ağır olsun və həm "sapı özümüzdən olan balta"ların, həm də xarici düşmənlərimizin başlarına düşsün, zərbimizi də, zorumuzu da görsünlər. Başına Azərbaycan daşı düşənlərdən biri də Təbrizdən olan taxtabaş molla Rəsul Bərgidir. Bu adam da Əhməd Kəsrəvi kimi qanı bizdən olsa da, amma türkün, türklüyün düşmənidir. Rəsul Bərgi bu yaxınlarda Azərbaycan türkcəsinin müdafiəsinə qalxsa da və "mənim ana dilim türk dilidir" desə də, lakin çox keçmədən onun maskası düşdü və gerçək siması (daha doğrusu, simasızlığı) üzə çıxdı.
Azərbaycan Respublikasının əleyhinə, bayrağımıza qarşı hərzə-hədyan danışan bu axmaq molla fars şovinizminin nökəri olduğunu ortaya qoydu. Belə ki, Təbriz Şəhər Şurasının üzvü olan həmən bu Rəsul Bərgi şuranın srağagünkü iclasında bildirdi ki, "biz yalnız İranın olan Azərbaycana inanırıq. O biri Azərbaycan da İranındır və bizdən ayrılıb, bir gün yenə İranın olacaq". Öz nitqindəki həyasızlığın dərəcəsindən cuşa gələn molla Bərgi çıxışının sonunda bayrağımıza da sataşıb və deyib ki, "İran bayrağının tozunu belə Azərbaycanın bayrağına dəyişmərəm".
Baxın, görün fars-molla rejiminin anti-Azərbaycan mövqeli ideoloji təbliğatı Güney Azərbaycandakı bəzi soydaşlarımızı nə dərəcədə zombiləşdirib ki, onlar Tehrandan "düymə"yə basılan kimi Azərbaycan dövlətinə qarşı, milli rəmzlərimizə qarşı belə sərsəm fikirlər səsləndirməyə başlayırlar. Molla rejimi Rəsul Bərgi kimi sadiq köpəklərini Azərbaycan dövlətinin üzərinə qısqırdır. Güney Azərbaycanda səslənən bu cür bəyanatlar bir daha göstərir ki, milli kimlik, dil və dövlətçilik məsələləri təkcə emosional deyil, həm də ideoloji mübarizə predmetidir. Bir tərəfdə öz milli yaddaşını, dilini və dövlət rəmzlərini qorumağa çalışan Azərbaycan cəmiyyəti dayanırsa, digər tərəfdə isə regiondakı siyasi təzyiqlər, uzunmüddətli təbliğat və assimilyasiya siyasətinin təsiri altında formalaşmış ziddiyyətli mövqelər görünür.
Məhz buna görə də belə çıxışlar fərdi fikir kimi deyil, daha geniş siyasi-psixoloji mühitin simptomu kimi qiymətləndirilməlidir. Xüsusilə diqqət çəkən məqam odur ki, milli məsələlərə münasibətdə tutulan mövqe bəzən şəxsi kimlikdən daha çox siyasi loyallığın göstəricisinə çevrilir. Bu isə göstərir ki, bəzi şəxslər üçün tarixi yaddaş, dil bağlılığı və mədəni yaxınlıq gerçək dəyər olmaqdan çıxaraq siyasi təzyiqin formalaşdırdığı ritorikaya tabe olur. Belə vəziyyətdə səslənən fikirlər yalnız bir şəxsin mövqeyi deyil, həmin mühitdə hökm sürən ideoloji xəttin nəticəsi kimi oxunmalıdır.
İranda yaşayan bütün azərbaycanlıların “İran türkləri” olduğunu iddia edən, “Biz Quzey Azərbaycan, Güney Azərbaycan türkləri deyilik, biz hamımız İran türkləriyik və İran türkləri olmağımızla fəxr edirik” deyən bu sarsaq molla bu cür bəyanatları ilə əslində həm özünü, həm də xidmət etdiyi dini-siyasi rejimi ifşa edir. Ona görə də bu cür bəyanatlar bir fərdin emosional çıxışı kimi deyil, daha böyük bir geosiyasi və ideoloji mübarizənin tərkib hissəsi kimi anlaşılmalıdır.
Azərbaycan cəmiyyətinin isə burada əsas vəzifəsi emosional reaksiyadan daha çox, məsələyə prinsipial və soyuqqanlı yanaşmaq olmalıdır. Çünki faktlara söykənən tutarlı cavablar, milli maraqları hüquqi və tarixi arqumentlərlə müdafiə edən yanaşmalar daha təsirli olur. Mollalar bilməlidirlər ki, İran 1935-ci ildən ortaya atılmış süni bir layihədir və bu layihə bir gün yenə ortadan qaldırıla, Azərbaycan türkləri o coğrafiyanın taleyini və idarəçiliyini yenidən öz əllərinə ala bilərlər. Rəsul Bərgilər başa düşməlidirlər ki, bu cür qatı anti-Azərbaycan səpkili çıxışlar İranın özü üçün zərərlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri











































