
Avqust ayında Türkiyədə günəş və külək mənbələrindən ümumi elektrik enerjisi istehsalı 9,9 milyard kilovat-saata çataraq tarixi rekord qırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat verib. Məlumata görə, avqust ayında günəş mənbələrindən elektrik enerjisi istehsalı 5,16 milyard kilovat-saat, külək mənbələrindən elektrik enerjisi istehsalı isə 4,74 milyard kilovat-saat təşkil edib.
Avqust ayında günəş mənbələrindən elektrik enerjisi istehsalının ümumi istehsalda payı 14,1 faiz, küləyin payı isə 12,9 faiz təşkil edib. Beləliklə, günəş və külək mənbələrindən ümumi elektrik enerjisi istehsalının dəyəri avqust ayında 9,9 milyard kilovat-saat olmaqla bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Avqust ayında aylıq istehsal 36,71 milyard kilovat-saat olaraq qeydə alınıb. Eyni dövrdə su elektrik enerjisi istehsalda ən böyük payı almağa davam edib.
Bu dövrdə ümumi elektrik enerjisi istehsalının 24,7%-nə bərabər olan 9,08 milyard kilovat-saat su elektrik stansiyalarından əldə edilib.
Eyni dövrdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 20,7 milyard kilovat-saata çatıb ki, bu da 56,4%-i, daxili mənbələrdən elektrik enerjisi istehsalı isə 25,58 milyard kilovat-saata çatıb ki, bu da 69,7%-i təşkil edir.
Avqust ayında ilin ən yüksək gündəlik istehsal dəyəri qeydə alınıb. Maksimum gündəlik elektrik enerjisi istehsalı dəyəri 13 avqustda 1,241,291 meqavat-saata çatıb.
Anar












































