Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Serbiya və Şimali Makedoniya arasında qaz kəməri çəkiləcək

Serbiya və Şimali Makedoniya arasında qaz kəməri çəkiləcək


Serbiya və Şimali Makedoniya arasında qaz birləşdiricisinin tikintisinə tezliklə başlanacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bununla da Yunanıstanın Aleksandrupoli şəhərindəki LNG terminalından əlavə qaz təchizatı marşrutu açılacaq. Qeyd edək ki, Serbiya, Bolqarıstan, Yunanıstan və Şimali Makedoniya enerji nazirlərinin Belqradda keçirilən regional sammitdən sonra tərəflər birgə bəyanat imzalayıb.

Sənəddə deyilir ki, Serbiya-Şimali Makedoniya qaz birləşdirici hissəsi üçün ilk borular Serbiyada çatdırılıb və boruların çəkilməsi işlərinə tezliklə başlanacaq.

Yeni qaz kəməri hazırda tikilməkdə olan Yunanıstan-Şimali Makedoniya birləşdirici xəttinə birləşəcək. Yunanıstan hissəsinin 2026-cı ilin sonuna, Şimali Makedoniya hissəsinin isə 2027-ci ilə qədər tamamlanması gözlənilir.

Bəyanata görə, infrastrukturun inkişafı Yunanıstana 2027-ci ilə qədər qaz ixrac gücünü 9,5 milyard kubmetrə çatdırmağa imkan verəcək.

Anar
Xəbəri paylaş